Milyon avroluq mağazanı soydu - VAN DAMM YARDIM ETDİ

17:57 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada Parisin mərkəzində məşhur Chaumet zərgərlik mağazasını soyan şəxslər həbs edilib.

Hafta.az The Guardian-a istinadla xəbər verir ki, qarətçi ilk öncə mağazaya alıcı qismində daxil olub. Daha sonra cibindən bıçaq çıxararaq satıcını 3 milyon avroluq zinət əşyalarını ona verməyə məcbur edib.

Məhz bu anda məşhur aktyor Jan Klod Van Damm eyni küçədəki başqa mağazaya üz tutub. Bu qonşuluqda yerləşən kafedə əyləşmiş insanların diqqətini dağıdıb və qarətçi rahat bir şəkildə heç kimə görünmədən elektrosamakata oturaraq aradan çıxıb. Artıq Serbiyaya qaçmaq istəyən qarətçilər həbs edilib və hinət əşyalarının bir çoxu tapılıb.

Oxunma sayı 7175