Minaya düşən şəxsin ayağı amputasiya olundu

12:46 26.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

 

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.