Minifutbol millimiz dünya çempionatının 1/4 finalına vəsiqə qazandı

21:52 27.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxıb.

Hafta.az xəbər verir ki, yığmamız Rumıniya ilə görüşüb.

Görüşün qalibi penaltilər seriyasında bəlli olub. Komandamız daha dəqiq olaraq, güclü rəqibi mübarizədən kənarlaşdırıb.

Dünya çempionatı - 1/8 final

Azərbaycan - Rumıniya - 1:1, pen. 2:1
Qollar: Ramiz Çovdarov, 29 - Robi Mariuş, 13

Qeyd edək ki, komandamız 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.