Misirdə vərəmin yayılması ilə bağlı xəbərlər ətrafında müzakirələr geniş vüsət alıb. Sözügedən iddiaları rədd edən rəsmi açıqlamalarla yanaşı, bəzi sosial media səhifələrində video vasitəsilə vətəndaşlar vərəmdən ehtiyatlı olmağa çağırılıb.
Hafta.az-ın “Şarkul Avsat”a istinadən yazdığına görə, sosial şəbəkələrdə paylaşılan videoda Misirdə vərəm xəstəliyinin “bəzi qonşu ölkələrdən gələn turistlər və miqrantlar” tərəfindən yayıldığı iddia edilib. Bununla belə, Misir Səhiyyə və Əhali Nazirliyinin sözçüsü Husam Abdulqaffar videoda qeyd olunanların “tamamilə əsassız” olduğunu bildirib. Vurğulanıb ki, nazirlik bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən məcburi köçkünlərə və səhiyyə standartlarına diqqətlə yanaşır. Misir Nazirlər Şurası rəsmi açıqlamada məlum videoda yayılan məlumatların reallığa uyğun olmadığını bildirib.
Tv-lərə danışan Əbdülqaffar əlavə edib ki, miqrantların sağlamlıq vəziyyətinin monitorinqinə əsasən, onlar arasında yoluxucu xəstəliklərin yüksək olması ilə bağlı heç bir əlamət aşkar edilməyib. O qeyd edib ki, köçkün xəstələrin əksəriyyətində şəkər, yüksək təzyiq və ürək xəstəliyi aşkarlanıb. Əbdülqaffar həmçinin qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, miqrantların çıxdığı ölkələrdə vərəmə yoluxma səviyyəsi infeksiyaların qlobal orta göstəricisi daxilindədir.
Misirdəki Serum və Peyvənd Müəssisəsinin peyvəndlər üzrə baş direktoru Mustafa əl-Məhəmmədi deyib: “Misir dövlətinin Sudan və ya digər ölkələrdən gələnlərin sağlamlıq vəziyyətinin monitorinqi üzrə ixtisaslaşmış proqramı çərçivəsində ölkəni yoluxucu xəstəliklərdən qorumaq üçün və bir komitə vasitəsilə qaçqınların müayinə və izlənilməsi prosedurları var”.
Misir prezidentinin səhiyyə məsələləri üzrə müşaviri Məhəmməd Avad Tacəddin də açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib: “Misirə daxil olduqları ilk gündən məcburi köçkünlər vərəm və ya Misirdə üzləşə biləcəkləri digər xəstəliklərə qarşı hər gün müayinədən keçirilir”.