Misirli aktivist Qasimin saxlanması liberalları parçaladı

13:30 23.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirli siyasi fəal Hişam Qasimin dövlət məmuruna hücumda günahlandırılaraq saxlanılması siyasi partiyaları və blokları birləşdirən Vətəndaş Demokratik Hərəkatı arasında fikir ayrılığına səbəb olub.

Hafta.az-ın yazdığına görə, Azadlıq Hərəkatının rəhbəri olan Hişam Qasim həm də Liberal partiyalar blokunun qəyyumlar şurasına rəhbərlik edir. İki gün əvvəl o, Əl-Kərame Partiyasının lideri Kamal Əbu Aytanın ünvanına təhqir və böhtan atmaqda ittihamlansa da, beş min cüneyh (130,9 cuneyh dollara bərabərdir - V.T.) girov ödəməkdən boyun qaçırıb. Əl-Kərame Partiyası on iki müxalifət partiyasından ibarət Misir Vətəndaş Demokratik Hərəkatının üzvüdür.

Qasiım dövlət məmuruna hücum etdiyi üçün yeni şikayətlə üzləşib. Bu yeni şikayət Əbu Aytanın şikayətinin müzakirə olunduğu işə daxil edilib. Misir prokurorluğu Qasim haqqında 4 günlük həbs qərarı verib.

Bu hadisələr müxalifətdəki Vətəndaş Demokratik Hərəkatına bağlı partiyalar arasında müzakirələrə səbəb olub. Hərəkat bəyanat yayaraq Qasimlə həmrəy olduğunu bildirib. Bəyanatda Vətəndaş Demokratik Hərəkatı tənqid olunub. Bildirilib ki, bu yanaşma Əl-Kərame Partiyasının mövqeyi ilə bağlı suallar doğurur.

Azadlıq Hərəkatı Əbu Aytanın hesabını məhkəmədə deyil, siyasətdə həll etməyə çağırıb və Qasimin dərhal azadlığa buraxılmasını tələb edib.

Misir Prezidenti yanında Əfv Komitəsinin üzvü Əbu Ayta öz mövqeyini qoruyub və barəsində irəli sürülən ittihamlarla bağlı məhkəmə orqanlarına müraciət etmək hüququna malik olduğunu bildirib.

Konstitusiya Partiyasının sədri Cəmilə İsmail Azadlıq Hərəkatının bəyanatını tənqid edib. Əl-Kərame Partiyasının Mütevelli Heyətinin üzvü Həmid Cəbr, "Azadlıq Hərəkatı digər partiyaları qəbul etmədiyi səbəbiylə Əl-Kərame Partiyasını ittihamlamağa çalışır. Bu həqiqətə uyğun deyil”, - deyə bildirib.