Yazını böyüt
Yazını kiçilt
Monteneqro Ali Məhkəməsinin keçmiş sədri xanım Vesna Medenitsa həbs edilib.
Hafta.az xəbər verir ki, V.Medenitsa Podqoritsa hava limanında saxlanılıb. O, cinayətkar qruplaşma yaratmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, V.Medenitsa 17 il Monteneqro Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb və 2020-ci ildə öz vəzifəsindən istefa verib.