Rusiyanın Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Norveç və Ukraynadan olan yük maşınlarının 2022-ci ildə ölkəyə girişinə qoyduğu qadağanı uzadılıb.
Hafta.az-ın yazdığına görə, Rusiya hökumətinin qəbul etdiyi müddətin uzadılması qərarı Aİ-nin Rusiya və Belarus nömrəli yük maşınlarını öz ərazisinə buraxmamaq qərarına cavab olaraq qəbul edilib.
Hökumətin verdiyi açıqlamada, qadağa məhdudiyyətin həyata keçirilməsinə səbəb olan hallar aradan qaldırılana qədər qüvvədə olacaq.
Qadağanın tətbiq olunmadığı istisnalara poçt göndərişləri, diplomatik poçt və humanitar yardım daşımaları daxildir. Bundan əlavə, yükdaşıyan nəqliyyat vasitələri arasında texniki dəstək göstərənlər, idman tədbirlərinə avadanlıq və idman vasitələri daşıyanlar da məhdudiyyətdən azaddırlar.