Moskva əhalisinin 23 faizi təqaüdçülərdir

11:00 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva Bələdiyyəsi şəhər əhalisinin yüzdə 23-nün təqaüdçülərdən ibarət olduğunu açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu barədə bələdiyyənin Məşğulluq və Əhalinin Sosial Müdafiəsi İdarəsinin rəis müavini Vladimir Filippov məlumat verib.

Qeyd edək ki, Moskva şəhərinin əhalisi 13,1 milyon nəfərdir.

Filippov yaxın illərdə şəhərdə təqaüdçülərin sayının artaraq 4 milyona çatacağı ilə bağlı proqnozunu da bölüşüb. Deyib ki, 1 oktyabr 2022-ci il tarixinədək şəhərdə təqaüdçülərin sayı 3 milyon 42 min 23 nəfər olub.

Lakin əhali məlumatları göstərir ki, son 5 ildə şəhərdə pensiyaçıların sayı azalıb. 2018-ci ildə pensiyaçıların sayı 3 milyon 232 min 317 olaraq açıqlanıb. Ekspertlər bu qənaətdədirlər ki, pandemiyanın Moskvada yaşlı əhalinin azalmasında mühüm rolu olub.

Siyasət rubrikasından digər xəbərlər