Moskva Kiyevlə danışıqlarda sülh barədə danışmaq niyyətindədir - XİN

18:00 27.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukrayna ilə danışıqlar zamanı sülh məsələlərini müzakirə etmək niyyətindədir.

Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

"İlk növbədə, biz sülhdən danışacağıq, Ukraynaya sülh necə gələ bilər, 2014-cü ildə şahidi olduğumuz bütün hadisələrin təkrarlanmaması üçün nə etmək lazımdır?", - A.Rudenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə danışıqlarda hansı səviyyədə təmsil olunacağını özü müəyyən etməlidir.