Moskva küçələrinə 56 milyon gül əkiləcək

09:17 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Paytaxtda sabit isti hava şəraiti yarandıqdan sonra ənənəvi olaraq əvvəlcə ümumilikdə 4,6 milyon gül əkiləcək".

Hafta.az-ın yazdığına görə, bunu Moskva meri Sergey Sobyanin Telegram kanalında bildirib. O, eyni dövrdə payızda əkilən güllərin təxminən 15 milyon gövdə ilə çiçək açacağını deyib.

Yayın yaxınlaşması ilə əlaqədar bələdiyyə xidmətləri küçələrdə petunya, beqoniya və ətirşah da daxil olmaqla 150 növdə birillik bitkilər əkəcək. Sonra çoxillik bitkilərin əkilməsi başlayacaq. Beləliklə, bütün şəhər üzrə əkilən güllərin ümumi sayı 56 milyon kökü keçəcək.