Moskva təyyarə ehtiyat hissələri üçün yeni təchizatçı axtarır

10:05 18.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya aviaşirkətləri ehtiyat hissələrinin alına biləcəyi ölkələrin siyahısını genişləndirməyi təklif ediblər.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, “Rosaviatsiya”nın siyahısında adıçəkilən ölkələrin səlahiyyətli qurumları ilə hələlik razılıq əldə olunmayıb.

Rusiyanın aviasiya sənayesi üçün ehtiyat hissələrinin tədarükünə icazə verdiyi ölkələr İran, Misir, Özbəkistan, İsrail, Meksika, Türkiyə, Hindistan, Braziliya, Çin, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Tailand, Arubu və Cənubi Afrika Respublikasıdır. .

Sanksiyalardan əvvəl Rusiya yalnız ABŞ, Aİ, Kanada, Bermud və İrlandiyadan alınan ehtiyat hissələrinin istifadəsinə icazə verirdi.

Aviaşirkətlərin sifarişi ilə siyahıya əlavə edilən ölkələr İndoneziya, Efiopiya, Honq-Konq, Sinqapur, Cənubi Koreya, Malayziya və Pakistan olub.

RBC-ya danışan ekspertlər bildirirlər ki, siyahının genişlənməsinə səbəb Çin, Türkiyə, Hindistan və Birləşmiş Ərəb Əmirliklərindən olan tədarükçülərin Rusiya ilə işləmək istəməməsi ola bilər. Digər mümkün səbəb ölkədə təmir və texniki xidmət imkanlarının kifayət qədər olmamasıdır.