Moskva və Londondan 151 azərbaycanlı vətənə qaytarılıb - AZAL-FOTO

13:40 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Hava Yolları” QSC aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

QSC-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.

Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

Oxunma sayı 38