Moskvada 24 illik rekord yağış yağıb

09:15 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustun 20-si Moskvada 1999-cu ildən bəri ən yağışlı gün olub. Paytaxtda 24 illik yağıntı rekordu qırılıb. “Phobos” hava proqnozu mərkəzinin məlumatına görə, şəhərə 47 mm yağıntı düşüb. Bu, avqust ayı ərzində düşən orta yağıntının 60 faizinə uyğundur.

Hafta.az-ın yazdığına görə, güclü yağışdan sonra bəzi metro stansiyaları və ticarət mərkəzlərini, bir çox yolları və küçələri su basıb. Wildberries-in Moskva yaxınlığındakı əsas anbarında dam qismən çökdü və minlərlə məhsul su altında qaldı və istifadəyə yararsız hala gəldi.

Ən çox yağıntı şəhərin şimal və şimal-qərbində - Ximki və Krasnoqorskda qeydə alınıb.

Həftənin əvvəlindən Moskva yayla vidalaşaraq payız əhval-ruhiyyəsinə qayıtmağa hazırlaşır. Bazar ertəsi gün ərzində temperaturun 21-23 dərəcə isti olacağı gözlənilir. Həftənin sonuna qədər termometrdə 10 dərəcə aşağı düşmə ehtimalı yüksəkdir.