Moskvada terrorda ölənlərin sayı 133 nəfər olub

17:46 23.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvada terror nəticəsində ölənlərin sayı 133-ə çatıb.

Hafta.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsi bildirib.

Artıq “Crocus City Hall”da dağıntıların bir hissəsi təmizlənib. Bununla da ölənlərin sayı 133 nəfər təşkil edib. Faciəvi hadisə nəticəsində 107 nəfər yaralanıb, onlardan 3-ü uşaqdır. Yaralılar xəstəxanalarda müalicə olunur.