Moskvada törədilən terrorda ölənlərin sayı ARTIR

18:56 24.03.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı artıb.

Hafta.az xəbər verir ki, Rusiyanın İstintaq Komitəsindən yayılan məlumata görə, ölənlərin sayı  137-yə yüksəlib:

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək 62 meyitin kimliyi müəyyən edilib”.

Eyni zamanda, dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib.