Moskvadan Sankt-Peterburqa qatarla 2 saat 15 dəqiqəyə getmək olacaq

11:39 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva ilə Sankt-Peterburq arasında yeni sürətli dəmir yolu xəttinin tikintisi üçün prezident Vladimir Putinin razılığı ilə rəsmi təşəbbüslər başlayıb. Rusiya lideri Sankt-Peterburqda ona təqdim olunan “ən sürətli qatar” layihəsinə hərtərəfli dəstək verib.

Hafta.az-ın Rusiya KİV-nə istinadən yazdığına görə, yeni xəttin tikintisindən sonra iki şəhər arasında sürətli qatarların hərəkət müddəti daha da qısalaraq 2 saat 15 dəqiqəyə enəcək.

Hazırda iki şəhər arasında məsafə Rusiyanın ən sürətli qatarı olan “Sapsan”la 4 saata qətt edilir.

Tikintisinin dəyəri 610 milyard rubl (6,6 milyard dollar) olan layihənin altı bölgədən keçəcəyi və qatarların Yaponiyadakı “Shinkansen” sürətli qatarları kimi hər 10-15 dəqiqədən bir yola salınmasının planlaşdırıldığı bildirilir.

Layihənin nə vaxt həyata keçiriləcəyi hələlik bəlli deyil. Nəqliyyat naziri Vitali Savelyev bildirib ki, ilk 28 qatarın 2028-ci ildə yüksək sürətli qatar xidmətinə çatdırılması planlaşdırılır.

Hazırda “Sapsan” qatarında bir tərəfə biletin qiyməti ekonom kateqoriyada 2700 - 6 min rubl aralığında dəyişir.