Moskvanıın Qırmızı meydanında Ukrayna bayrağı peyda oldu - FOTO

19:31 04.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Moskvada – Kreml yaxınlığındakı Qırmızı meydanda bir qadın Ukrayna bayrağına bürünmüş  vəziyyətdə piketə çıxıb.

Hafta.az xəbər verir ki, bu haqda Rusiyanın insan haqları media layihəsi “OVD-İnfo” məlumat yayıb.

Gözlənilməz 4 sentyabr bazar ertəsi baş verib. Qadının adının Alena Kojevnikova olduğu bildirilir.

O, saxlanılaraq Kitay-qorod rayonunda polis bölməsinə aparılıb. Orada ona qarşı Rusiya ordusunu gözdən salmaq və kütləvi tədbir keçirmək qaydalarını pozmaq barədə protokol tərtib edilib.