Moskvanın sanksiyaları Almaniyanı uçuruma apara bilər

10:26 28.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyada yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) Almaniyanın Rusiyaya tətbiq etdiyi sanksiyalar və Moskvanın enerji resurslarından asılılığı səbəbindən 2026-cı ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı statusunu itirə biləcəyini proqnozlaşdırıb.

Hafta.az-ın “Times”a istinadən yazdığına görə, "Almaniyanın istehsal sektorunun Rusiya enerjisindən asılı olması səbəbindən bu ölkə iqtisadiyyatı yavaşladığı üçün İngiltərə və Almaniya iqtisadiyyatları arasındakı uçurum daralacaq" yazıb.

2033-2038-ci illərdə Böyük Britaniya və Almaniya iqtisadiyyatları arasındakı fərqin bir qədər azalacağı qeyd edilərkən, Almaniyanın 2026-cı ildə statusunu Yaponiyaya verərək dünyanın üçüncü ən böyük iqtisadiyyatı statusundan məhrum olacağı, hətta 2027-ci ildə bir addım da aşağı düşərək Hindistandan sonra beşinci olacağı bildirilib.

CEBR-in proqnozuna görə, 10 trilyon dollar kapitala malik Hindistan 2035-ci ildə dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacaq. Nəticədə dünya geosiyasəti dəyişəcək, çünki iki fövqəldövlətə üçüncü fövqəldövlət əlavə olunacaq.

İqtisadçılar Çin iqtisadiyyatının daşınmaz əmlak bazarındakı böhrana baxmayaraq böyüməyə davam etdiyinə diqqət çəkirlər. Bununla belə, ən tez 2037-ci ildə ABŞ iqtisadiyyatını geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilə bilər.