Mövlud Çavuşoğlu Bəxtiyar Vahabzadəni anıb

15:28 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ölümünün 12-ci ildönümü ilə əlaqədar başsağlığı verib.

Hafta.az-ın məlumatına görə, nazir bu barədə öz "Twitter" səhifəsində yazıb.

M.Çavuşoğlu bildirib:

"Can Azərbaycanın müstəqillik şairi Bəxtiyar Vahabzadəni vəfatının 12-ci ildönümündə hörmət və rəhmətlə anıram. Onun şeirləri bütün coğrafiyamızda əks-səda verməkdə davam edir".