Müdafiə Nazirliyi Ümummilli Liderin xatirəsini yad edib

15:14 12.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, Ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.