Müəllim dərs vaxtı öldü 

23:48 12.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astaranın Artupa kənd məktəbinin tarix müəllimi dərs zamanı vəfat edib.

Hafta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əliyev Baloğlan İsmayıl oğlu dərsdə olarkən qəfil halı pisləşib, oradaca keçinib.

 

Qeyd edək ki, Baloğlan müəllim Astara Təhsil Sektorunun metodisti olub. Onun 65 yaşı yaxın günlərdə tamam olub, təqaüdə çıxmağa hazırlaşırmış.