Müəllimin rifahının qaldırılması vacibdir - Emin Əmrullayev

13:48 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan müəlliminin rifah səviyyəsinin qaldırılması vacibdir.

Hafta.az-ın məlumatına görə bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, təhsilin ən aparıcı elementi müəllimlərdir.

 
"Nazirliyin üzərinə düşən bütün öhdəliklər vaxtında icra edilməlidir. Biz müəllimlərin yanındayıq. Minlərlə müəllimimiz sentyabr ayından başlayaraq əməkhaqlarında artımı hiss edəcək. Bu yolda biz mərhələlərlə Azərbaycan gələcəyinin daha bacarıqlı, hazırlıqlı olmasını görəcəyik" - deyə E.Əmrullayev qeyd edib.