Müəllimlər də peyvənd olunacaq

12:40 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlər də vaksinasiya prosesinə cəlb olunacaqlar. 

 

Hafta.az xəbər verir ki, bu barədə Təhsil naziri Əmin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib. Nazir deyib ki, vaksinasiya könüllü olacaq:

 

"50 yaşdan yuxarı müəllimlər peyvənd olunacaq. Onların siyahısı artıq hazırdır. Qeyd etmək istərdim ki, peyvəndləmə könüllü şəkildə aparılacaq".