Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil - Emin Əmrullayev

11:47 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil.

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün brifinqdə deyib.

Nazir bildirib ki, hazırda müəllimlər dövlət büdcəsindən maliyyələşirlər.

"Digər bir tərəfdən müəllimlərin müəyyən bir müddət, 30-35 il çalışdıqdan sonra təqaüdə göndərilməsi məsələsi də müzakirə edilmir.

Hazırda müəllimlər 65 yaşına çatdıqdan sonra təqaüdə göndərilir", - E.Əmrullayev deyib.