Yazını böyüt
Yazını kiçilt
Sentyabrın 16-sı saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi başlanır.
Təhsil İnstitunun İnsan Resursları Mərkəzindən hafta.az-a verilən məlumata görə, vakansiya seçimi sentyabrın 19-u saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.
Vakansiya seçimində iştirak etmək istəyən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Xatırladaq ki, vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlərin iştirak hüququ var.