Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı 14 regionda görüş keçiriləcək

12:24 11.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı iyulun 14-dən 25-dək aşağıda qeyd olunan 14 regionda görüşlər təşkil olunacaq.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, regionlar üzrə keçiriləcək görüşlərdə sertifikatlaşdırılma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri və digər məsələlər barədə müzakirələr aparılacaq, təhsilverənləri maraqlandıran suallar cavablandırılacaq.

Görüşlərdə iştirak etmək istəyən ibtidai sinif müəllimləri iyul ayının 13-dək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/13FGyhrdoWQH4wzEH9_XPB4-BkOoNt6s35on0HWJ5L5s/edit