Müğənni Şaman haqqında LGBT şikayəti

10:29 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada yüksələn millətçiliyin görkəmli simalarından olan müğənni Şaman haqqında “LGBT təbliğatı” apardığı əsaslı şikayət edilib.

Hafta.az-ın yazdığına görə, “Ya Russkiy” mahnısı ilə məşhurlaşan Şamanı (Yaroslav Dronov) Yan Korobkov adlı Rusiya vətəndaşı Daxili İşlər Nazirliyinə şikayət edib. Korobkov, müğənninin klipdə "gözünün tündləşdiyinə və başqa kişilərin ona baxdığına” işarə edərək, bu səhnələrin "sual yaratdığını" iddia edib.

“Ya Russkiy” mahnısı YouTube-da 50 milyona yaxın baxış sayına çatıb. Şikayət edən vətəndaş bildirib ki, Şaman “qanunla cəzalandırılmalıdır”.

“Moskviçmaq” jurnalı şikayətin ironik olduğunu yazıb, lakin şikayətçi yenə də polisdən reaksiya gözləyir.

Xatırladaq ki, Rusiya “LGBT hərəkatını” qeyri-qanuni elan edib.