Rusiyadakı əhali ekspertləri ilin ilk 9 ayında ölkəyə gələn immiqrantların sayının “Covid”dən əvvəlki dövrlə müqayisədə 90 min nəfər az olduğunu hesablayıblar.
Hafta.az-ın yazdığına görə, Qaydar İnstitutunun araşdırmasına görə, ilk üç rübdə ölkəyə 412 min yeni mühacir gəlib. 2022-ci ilin eyni dövründə bu rəqəm 524 min idi.
Ölkədə immiqrant artımı “Covid” öncəsi dövrdə 180 min civarında olarkən, son 6 ayda artım 89 min olaraq qalıb. Bu məlumatlara əsaslanaraq, instituta bağlı ekspertlər mühacir axınının yarıbayarı azaldığı qənaətinə gəliblər.
Ekspertlər Türkmənistandan başqa bütün ölkələrdən Rusiyaya gələn immiqrantların sayının azaldığına da diqqət çəkiblər.
Rusiyaya ən çox yeni immiqrant göndərən ölkə 63272 nəfrlə Tacikistan olub. İkinci yerdə 9085 nəfərlə Ermənistan gəlir. Bu iki ölkəni Qırğızıstan, Qazaxıstan və Moldova izləyir.