Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən törədilən cinayətlərin 10 illik statistikasını paylaşıb.
Hafta.az-ın “Nezavisimaya qazeta”ya istinadən yazdığına görə, ölkədən immiqrant axınına baxmayaraq, törədilən cinayətlərin sayı yüksəlişə meyllidir.
Nazirliyin açıqladığı məlumatlara görə, 2022-ci ildə əcnəbilərin iştirak etdiyi cinayətlərin sayı 30300 civarındadır. Əcnəbilər tərəfindən törədilən qətllərin sayı 52 faiz artaraq 246-ya çatıb. 2023-cü ilin ilk 4 ayında əcnəbilər tərəfindən törədilən qətllərin sayı 90-dır.
Qəzetin məsləhətləşdiyi ekspertlər yalnız əcnəbilərin törətdiyi cinayətlərə nəzər salmağın metodoloji cəhətdən yanlış olduğunu deyərkən, bir çox immiqrantın sonradan Rusiya vətəndaşlığını qəbul etdiyinə diqqət çəkənlər real sayın açıqlanandan çox olduğunu iddia edirlər.
Miqrasiya üzrə ekspert Asilbek Egemberdiyev iddia edir ki, cinayət törədən əcnəbilərin əhəmiyyətli bir hissəsi Sovet İttifaqının dağılmasından sonra doğulan gənclərdir. Egemberdiyev bildirir ki, bu adamlar dilin zəif və inteqrasiyanın aşağı olması səbəbindən kriminallaşmaya daha çox meyllidirlər.
“Nezavisimaya qazeta”nın məlumatına görə, ölkədə törədilən bütün cinayətlərdə əcnəbilərin törətdiyi cinayətlərin payı 4 faizdən aşağıdır.