Musa Qasımlı Milli Məclis sədrinin müavini seçilib

12:54 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Musa Qasımlı Milli Məclis sədrinin müavini olub.

Hafta.az-ın xəbərinə görə, VII Çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında bu posta seçilib.

Musa Qasımlı parlamentdəki bitərəflərin nümayəndəsi kimi bu postda təmsil olunacaq.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.

Siyasət rubrikasından digər xəbərlər