ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski arasında keçirilən görüşdən sonra Avropa siyasi liderləri ilə bir araya gələrək müharibəni dayandırmaq yollarını müzakirə ediblər. Danışıqlardan sonra Vladimir Zelenski Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bəyan edərək, belə danışıqların heç bir şərt olmadan keçirilməli olduğunu bildirib. Tramp da Zelenski və Putinlə üçtərəfli sammitə hazırlıqlara başladığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Krım tatar xalqının milli lideri, Ukrayna parlamentinin deputatı Mustafa Əbdülcəmil Kırımoğlu Zelenskinin ABŞ prezidenti Tramp və Avropa liderləri ilə görüşlərinin nəticələrini dəyərləndirib. O, Ukrayna-Rusiya sülhü naminə Krımın Rusiyaya verilməsi cəhdlərini qəbul etmədiklərini vurğulayıb.
Mustafa Əbdülcəmil Kırımoğlu Rusiya diktatoru Vladimir Putinin Luqansk, Donetsk, Xerson və Zaporojya ilə birlikdə Krımın işğalını qanuniləşdirməyə çalışdığını, Ukrayna xəritəsinin ABŞ-la Rusiya arasında danışıqlar masasında amansızcasına bölündüyünü qeyd edib. Rusiyanın 100 il əvvəl “türklərin bir-biri ilə əlaqə saxlamaması üçün” Zəngəzuru şərq və qərbə böldüyünü, ermənilərin 1990-cı illərin əvvəllərində Qarabağı işğal etdiyini xatırladan Kırımoğlu, “Dünən Qarabağ nə idisə, Krım da bu gündür. Etnik və coğrafi kimliyimiz 30 ildən sonra öz əvvəlki vəziyyətinə qayıtdı. Krım Putin üçün əvəzolunmazdır” deyib.
Zelenskinin Ukrayna ərazisinin işğalını heç vaxt tanıya bilməyəcəyini deyən Kırımoğlu, "Ukrayna Konstitusiyası çox aydındır. ABŞ-ın birtərəfli torpaq bölünməsinin və ya ərazi sövdələşməsinin beynəlxalq hüquqda, Ukrayna qanunları və xalqının nəzərində heç bir əhəmiyyəti yoxdur. Avropa Ukraynaya çox daha güclü silahlar verməyə hazırlaşır və bu müharibə heç vaxt bitməyəcək. Legitimlik heç bir ukraynalıya və ya Krım türkünə bizim ata-baba yurdumuzla bağlı sövdələşmə haqqı verməyib və Krımla bağlı heç bir sövdələşmənin bizim üçün əhəmiyyəti yoxdur. Türk dünyası arasında qurulan körpünün əhəmiyyətini vurğulayan Kırımoğlu, "Krım Turanın ürəyidir. Bizim ən böyük arzumuz rəsmən Türk Dövlətləri Təşkilatına üzv olmaqdır. İndiki şərtlər məlumdur, amma mühacirətdəki hökumət olaraq, birliyə ən azı müşahidəçi üzv olmaq istəyirik. Minlərlə türk övladının qanı töküldü. Krımın acısı Türk dünyasının ağrısıdır, Krım 24 sentyabrda 4-cü toplantısını keçirəcək Bunu davam etdiririk, inanırıq və bilirik ki, biz də Qarabağ kimi Krım yarımadasının azad edilməsində Türkiyə ilə birlikdə yeni bir dastan yazacağıq” deyib.