Myanmada ölkədə qeyd olunan Myanma Milli Günü münasibətilə amnistiya çərçivəsində 6 minə yaxın insan azadlığa buraxılıb. Hafta.az-ın “Myanmar Now” nəşrinə istinadən verdiyi məlumata görə, azad edilənlər arasında xarici vətəndaşlar da var.
Yaponiyanın Kyodo agentliyinin məlumatına görə, avqust ayında Yanqonda ölkə rəhbərliyinə qarşı etiraz aksiyası keçirərkən saxlanılan yapon jurnalist Toru Kubota sərbəst buraxılıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib: “Yaponiya vətəndaşının azad edilməsi hökumətimizin Myanma hakimiyyətinə israrlı müraciətləri sayəsində əldə edilib. Bildiyimizə görə, onun həbsdən sonra səhhətində heç bir problem olmayıb və o, sabah Yaponiyaya qayıda bilər”.
Səlahiyyətlilər həmçinin rəsmi sirlər qanununu pozmaqda təqsirli bilinən və üç il müddətinə azadlıqdan məhrum edilən keçmiş dövlət müşaviri Aung San Suu Kyi və onun avstraliyalı iqtisadi müşaviri Sean Turnell-i azadlığa buraxıblar.