Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqlədi

11:51 19.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ilə Ekvador qarşılıqlı olaraq diplomatik, rəsmi və xidməti pasport sahiblərini viza tələblərindən azad edir.

Hafta.az xəbər verir ki, bu məsələ parlamenti iyunun 19-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi təsdiqlənib.

Qeyd edək ki, Saziş 2026-cı il mayın 4-də Kito şəhərində imzalanıb.