Rusiya dövlət müdafiə sənayesi korporasiyası Rostec-in törəmə şirkəti olan Vertolyoty Rossii holdinq şirkəti İran Qızıl Aypara Cəmiyyətinə 21 ədəd mülki Mi-171 vertolyotu tədarük etmək üçün müqavilə imzalayıb.
Hafta.az yazır ki, şirkətin açıqlamasına görə, helikopterlər İran Qızıl Aypara Cəmiyyəti tərəfindən tibbi evakuasiya, nəqliyyat və digər sosial missiyalar üçün istifadə olunacaq. Bu addım iki ölkə arasında uzunmüddətli əməkdaşlıqda yeni bir halqa hesab edilir.
Holdinqin baş meneceri Nikolay Kolesov açıqlamasında İranın Rostec üçün uzunmüddətli və etibarlı tərəfdaş olduğunu vurğulayıb. Kolesov qeyd edib ki, Rusiya istehsalı olan onlarla mülki helikopter artıq İran iqtisadiyyatının əsas sektorlarında fəal şəkildə istifadə olunur.
Məlum olub ki, Rusiya tərəfi sifariş edilmiş helikopterlərin bir hissəsini 2027-ci ildə Tehrana çatdırmağı planlaşdırır.