Narkotik təbliğatı aparan reperlər həbs ediləcək

12:00 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mahnılarında narkotikdən danışan rep ifaçılarını həbs etməyə hazırlaşır. Daxili işlər nazirinin müavini İqor Zubov bildirib ki, 2024-cü ildən bu cür mahnılar yazan musiqiçilər cinayət işi açıla bilər.

Hafta.az-ın yazdığına görə, Dövlət Dumasının səhiyyə komitəsinin iclasında çıxış edən Zubov ilk olaraq bu sənətçilərlə “ehtiyatla bağlı görüşlər” keçirəcəklərini, rəftarlarında israrlı olsalar, onları “həbs edəcəklərini” bildirib.

Zubov əlavə edib ki, onlar “minlərlə repçini həbs etmək” niyyətində deyillər və inzibati istintaq mərhələsinin heç bir nəticə vermədiyi təqdirdə həbsxanaya müraciət edəcəklər.

2024-cü ildə qüvvəyə minəcək yeni qanuna görə, narkotikdən bəhs edən mahnıların yer aldığı albomlarda bu vəziyyəti bildirən etiketlər olmalıdır. Filmlərdə bu xəbərdarlıqlar subtitrlərdə olacaq.

Qeyd edək ki, mövcud qanun “narkotik vasitələrin təbliği” cinayətinə görə cərimələrin tətbiqi ilə kifayətlənir. Reper Morqenştern və jurnalist Yuri Dud müvafiq qanuna görə artıq 100 min rubl cərimələnib.