Narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb

15:41 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan hafta.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Masallı rayonunun Hişkədərə kənd sakini T.Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 3 kiloqramdan artıq olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 649