Narkotikin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

16:41 29.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kənan Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.Aparılan araşdırmalarla K.Quliyevə narkotik vasitəni satan şəxsin rayon sakini Murad Cümşüdlü olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən və yaşadığı evdən satış üçün hazırlanmış, ayrı-ayrı bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır

Oxunma sayı 599