NATO-nun növbəti sammiti Litvada olacaq

17:54 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

NATO-nun baş katibi Yens Stoltenberq növbəti liderlər sammitinin Litvanın paytaxtı Vilnüsdə keçiriləcəyini açıqlayıb.

Zirvə toplantısının 11-12 iyul 2023-cü il tarixlərində keçiriləcəyini bildirən NATO-nun baş katibi Stoltenberq "NATO dövlət və hökumət başçılarının növbəti görüşünün 11-12 iyul 2023-cü il tarixlərində Vilnüsdə baş tutacağını bildirməkdən məmnunam" deyib.