Yazını böyüt
Yazını kiçilt
Naxçıvan Muxtar Respublikasının həbsdə olan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
Hafta.az-ın məlumatına görə, sabiq nazirin cəza müddəti başa çatdığı üçün o, həbsdən azad edilib.
Xatırladaq ki, sabiq nazir Vəli Ələsgərovun cəzası Ali Məhkəmənin qərarı ilə azaldılmışdı.
Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb. V. Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.