Naxçıvanda 5 torpaq sahəsi mülkiyyətə verildi

18:55 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən hafta.az-a bildirilib ki, hərrac prosesində qeydiyyatdan keçən 10 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 5 torpaq sahəsi mülkiyyətə verilib. 5 sahibkar hərracın qalibi olub.

Qeyd edək ki, 25 noyabr və 16 dekabr 2025-ci il tarixlərdə nəqliyyat vasitələrinin, 9 dekabr 2025-ci il tarixdə torpaq sahələrinin, 17 dekabr 2025-ci il tarixdə isə qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hərraclar keçiriləcək. Hərraclarla bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin nemlak.gov.az və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin nauksion.gov.az rəsmi saytlarından əldə etmək olar.