Naxçıvanda deyirdilər Sərdar Cəlaloğlunun yıxmadığı ev qalmayıb - AMDP sədri

15:50 21.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xalq Cəbhəsinin idarə heyətindən istefa verdim, getdim dərvişliyimin dalınca. Sonra rüşvət, saxtakarlıqla Milli Azadlıq hərakatını bu vəziyyətə gətirdilər. Sərdar Cəlaloğlu ilə düşmənçiliyimin səbəbi də ordan başlayır.

Bu fikirləri hafta.az-a Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

Onun sözlərinə görə, bu adamı nə mənfi, nə müsbət tanımayıb:

"Naxçıvanda Xalq Cəbhəsinə rəhbərliyin ona verilməsini istəyib. Gəlib yanıma demişəm ki, bir prinsipim var. Yaşadığı yerdə hörməti olmayana dəstək vermərəm. Naxçıvan camaatı səni dəstəkləyəcəksə mən də sizə dəstək verəcəm. S.Cəlaloğlu Tibbi ekspertizada işləyirdi. Ordan qovuldu. Camaat onu istəmirdi. Deyirdilər ki, bunun yıxmadığı ev qalmayıb. Camaat ona qarşı çıxdı. Bütün zal onun əleyhinə olsa da, Əbüfəz bəy dedi ki, mən sizdən xahiş edirəm, Sərdar Cəlaloğlu burda rəhbərlikdə təmsil olunmalıdır.

Dedim Sərdar Cəlaloğlu təmiz adamdırsa, çirkin niyyəti yoxdursa Xalq Cəbhəsinin sıravi üzvü olsun. Mütləq rəhbər olmalıdır? Cəmiyyətdə bunun haqqında o qədər mənfi rəy olduğu halda sən niyə onu zorla gətirmək istəyirsən. Sərdar Cəlaloğlunu bundan sonra ordan qovdular. Sərdar Cəlaloğlunun bu 32 ildə mənə düşmənçiliyinin səbəbi budur".

Oxunma sayı 143
Siyasət rubrikasından digər xəbərlər