Naxçıvanda tənha ahıllara sosial xidmətlər göstəriləcək

12:06 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda tənha ahıllara sosial xidmətlər göstəriləcək.

Hafta.az-ın məlumatına görə, bu barədə martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 yaşdan yuxarı olan tənha ahıllara sosial xidmətlərin göstərilməsini təmin etməli, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara xidmət göstərməlidir.

Oxunma sayı 112
Sosial rubrikasından digər xəbərlər