Naxçıvanda universitet və kolleclərə qəbul artıb

20:21 14.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-2026-cı tədris ilində muxtar respublikanın ümumi təhsil müəssisələrində 50 500 şagird təhsilə başlayıb.

Hafta.az-ın məlumatına görə, tam orta təhsili 4 nəfər qızıl nişanla başa vurub, 380 məzun 500-700 bal intervalında nəticə göstərib.

2 623 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Əvvəlki illə müqayisədə qəbul olunanların sayı 345 nəfər və ya 15 faiz artıb.

5 məzun Prezident təqaüdünə layiq görülüb.