Naxçıvanda yol qəzasında 3 nəfər ölüb

13:06 21.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanda ölümlə nəticələn yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakinləri N. Rəhimovun idarə etdiyi “VAZ-21074” və Ə. Məmmədovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə R. Rəhimov və sərnişinləri Çəmən Hüseynova, oğlu T. Hüseynov, gəlini Tünzalə Hüseynova və nəvəsi, 1 yaşlı Allahverdi, habelə Ə. Məmmədovun sərnişini olan arvadı A. Məmmədova xəstəxanaya yerləşdiriliblər. Ç. Hüseynova, T. Hüseynova və azyaşlı orada ölüb. Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.