Yazını böyüt
Yazını kiçilt
Rusiya Qarabağda sülhün bərqərar olmasına kömək edib, və ABŞ onun addımlarını tənqid etməyin əvəzinə alqışlamalıdır. Bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev deyib.
"Rusiya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına kömək edib. ABŞ Rusiyanı alqışlamaq əvəzinə tənqid etməyə başlayır", - Nazarbayev amerikalı rejissor Oliver Stouna "Qazaxıstan. Qızıl adamın tarixi" filmi üçün müsahibəsində deyib. Bu barədə TASS xəbər verir.
Qazaxıstanın birinci prezidentinin sözlərinə görə, Rusiyanı pisləmək çoxları üçün vərdişə çevrilib. “Bu nə cür dünya siyasətidir, bilmirəm”, - Nazarbayev etiraf edib. virtualaz.org