Yazını böyüt
Yazını kiçilt
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Yardımlı rayonunda sakinlərin müraciətini dinləyib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
Nazir müavini müraciət edənlərin sosial vəziyyətini öyrənib. O, şəhid ailələri və müharibə veteranları ilə əlaqədar icra olunan genişmiqyaslı sosial dəstək proqramı barədə məlumat verib.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb və onların həlli ilə əlaqədar tapşırıqlar verilib.