Nazir şəhid ailəsini ziyarət edib

14:30 02.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində şəhid ailəsini ziyarət edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən hafta.az-a bildirilib ki, nazir şəhid Manafov Zahir Zakir oğlunun ailə üzvləri ilə görüşərək onların şəhidlə bağlı xatirələrini dinləyib.

Rəşad Nəbiyev şəhid ailəsinin qayğıları ilə maraqlanıb.