Koblenz Baş Prokurorluğu Almaniyanın Səhiyyə Naziri Karl Lauterbaxı qaçırmağı planlaşdırdığı iddia edilən qrupla bağlı araşdırmalara başlayıb.
Hafta.az xəbər verir ki, Almaniyanın Reynland-Pfalts əyalətinə bağlı Koblenz Baş Prokurorluğu dövlətə və demokratik quruluşa qarşı hücumlar planlaşdırdığı iddia edilən 12 nəfərlik qrupa qarşı istintaq başladıb. Sosial mediada təşkilatlanan şəxslərin Almaniyanın səhiyyə naziri Karl Lauterbaxı qaçırmaq, partlayışlar təşkil etmək, ölkədə xaosa səbəb ola biləcək yarımstansiya və elektrik stansiyalarına hücum etmək planlarının olduğu iddia edilib. Qrup üzvlərinin müxtəlif ifrat sağçı qruplarda, o cümlədən sosial şəbəkələrdə “Birləşmiş Vətənpərvərlər” və “Aktiv Vətənpərvərlər” adlı qruplar da təşkil edildiyi, qrup üzvlərinin bir neçə dəfə görüşdüyü də bildirilib.
Əldə edilən məlumata görə, 12 nəfərlik qrupun son bir neçə gündə planlarını daha konkretləşdirdiyi, silah, mina və qoruyucu vasitələr aldığı, 2 ədəd Kalaşnikov avtomatı və 5 tapança əldə etdikləri iddia edilib. Almaniyanın Aşağı Saksoniya və Brandenburq əyalətlərində qruplaşmanın 3 üzvünün həbs edildiyi açıqlanarkən, silah alışı üçün tələb olunan pulu xaricdə 3 şübhəli və 1 nəfərin maliyyələşdirdiyi bildirilib. Nəhayət, daha 1 qrup üzvünün həbsi ilə məhbusların ümumi sayının 4-ə yüksəldiyi açıqlanıb.
Bildirilib ki, alman polisi müxtəlif ştatlarda 21 evdə axtarış aparıb, bəzi kompüter və mobil telefonları müsadirə edib. Polis həbs edilən şübhəlilərin bu gün məhkəmə qarşısına çıxarılacağını da açıqlayıb.