Nazirin Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişib

10:53 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən cari il aprelin 24-də Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə Hafta.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə vətəndaşlara əlavə məlumat veriləcək.