Nazirlik Neftçalada haqqı ödənilən işlərlə bağlı yoxlama aparacaq

14:13 14.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Neftçalada DOST Agentliyinin işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxlasın.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Sahil Babayev burdadır: “Mən dünən rayonda seçicilərlə görüş keçirdim. Orada konkret şikayətlər olduğu üçün deyirəm. Rayonda DOST Agentliyinin fəaliyyəti yoxlanılsın, məsələyə konkret müdaxilə olunsun”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, məsələ mütləq araşdırılacaq: “Sadəcə, məlumat üçün bildirim ki, Neftçalada DOST Agentliyi yoxdur. Bu, yəqin haqqı ödənilən işlərlə bağlıdır. Bu işlərin icra mexanizmini də yerli icra hakimiyyət orqanı ilə birgə araşdırarıq”.

Oxunma sayı 73